Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:35

Qazaxıstan iqtisadi böhranla mübarizəyə daha 4 milyard dollar ayırıb


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iqtisadi böhranla mübarizə tədbirləri üçün 4 milyard dollar ayırmaq barədə sərəncam imzalayıb.
Martın 6-da Parlamentdə çıxış eləyəndə Nazarbayev bu haqda məlumat verib.

Ötən il qazaxıstanda iqtisadi artım 10 faizə yaxın olub. Amma neftin qiymətlərinin aşağı düşməsi və inflyasiya üzündən Qazaxıstanda da maliyyə böhranı hiss olunur. Ötən ilin sonunda Qazaxıstanda bu tədbirlərə 10 milyard dollar ayrılmışdı.

Prezident bildirib ki, ötən il yay aylarında neftin qiyməti kəskin şəkildə qalxanda ölkə böyük gəlirlər əldə eləyib. İndi iqtisadi böhranla mübarizəyə də vəsait məhz həmin neft gəlirlərindən ayrılır. Nazarbayevin sözlərinə görə, ayrılan vəasit daxili istehsalı stimullaşdırmağa yönələcək.
XS
SM
MD
LG