Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

«Məhəmməd Əmin Rəsulzadəni necə tanıdardınız?»


Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı qəsəbəsində abidəsi

Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı qəsəbəsində abidəsi

Martın 6-sı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür. «Məhəmməd Əmin Rəsulzadəni bir əcnəbiyə xatırlatmaq istəsəniz, onu necə tanıdardınız?» Bu sualla tanınmış insanlara müraciət edib fikirlərini öyrəndik:

Vəkil Aslan İsmayılov:
«Rəsulzadənin dahiliyi hələ heç Azərbaycan vətəndaşları tərəfindən öyrənilməyib. Onun ən böyüklüyü insan haqları barədə ötən əsrin 30-cu illərində söylədiyi fikirləridir. Dünyada insan haqları ideyasının banisi kimi Amerika hüquqşünaslarını qəbul edirlər. Amma mən Rəsulzadənin Parisdə qəzetlərə verdiyi müsahibələrini oxuyanda gördüm ki, əsl insan haqları ideyasının banisi odur».

Filologiya doktoru Ramiz Əsgər:
«İki əsrlik müstəmləkədən sonra heç nədən bir bayraq, müstəmləkədən bir vətən yardan adam».

Ramiz Əsgər
Millət vəkili Nəsib Nəsibli:
«Məhəmməd Əmin bəy Azərbaycan türklərinin tarix boyu yetirdiyi ən böyük, ən sadiq övladlarından biridir».

Hərbi jurnalist Şəmistan Əlizamanlı:

«Azərbaycanın böyük şəxsiyyətlərindən biri».

«YOM» dərgisinin baş redaktoru Nizami Zöhrabi:
«Azərbaycan dövlətinin tarixi Məhəmməd Əmin Rəsulzadədən başlayır. Azərbaycan dövlətinin, həm də dövlətçiliyin təməlini qoyan məhz bu şəxsiyyətdir».

Şair Rüstəm Behrudi:
«Rəsulzadənin adını çəkmək bir millət üçün bəs edir. Bütün var-dövlətini, həyatını bir millətin yolunda qoyan adamı başqa nə cür adlandırmaq olar. O, dahi insan idi. Böyük bir millətin sərkərdəsidir».

Şəmistan Əlizamanlı
Yazıçı, millət vəkili Rafael Hüseynov:
«Bir xalqın tarixində əldə etdiyi ən böyük sərvət onun istiqlalıdır. Azərbaycanı bu istiqlala gətirənlərin ön cərgəsində gedənlərdən biri Rəsulzadə idi. Nə qədər Azərbaycan xalqı istiqlal içində olan millət kimi yaşayır, üçrəngli bayraq dalğalanır, Rəsulzadə ehtiramla yad olunacaq».

«Dalğa» Gənclər Hərəkatının rəhbəri Vəfa Cəfərova:
«Azərbaycan tarixində hörmət etdiyim yeganə şəxsiyyətidir. Çünki ideya insanı olub. İdeyasının yolunda öz qarşısına çıxan parlaq perspektivlərdən keçib».

«Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı:
«Deyərdim ki, Azərbaycan Demokratik Respublikasının yaradıcısıdır, vətənpərvər Azərbaycan oğludur. Bu insanın Azərbaycana o qədər böyük sevgisi olub ki, son nəfəsində belə «Azərbaycan» deyərək ölüb».

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri, Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə 71 yaşında Ankarada vəfat edib.

Şərhləri göstər

XS
SM
MD
LG