Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

«2008-ci ildə ölkədə ümumi daxili məhsulun real artımı 10,8 faiz olub»


2008-ci ildə ölkədə ümumi daxili məhsulun real artımı 10,8 faiz olub

ANS PRESS-in məlumatına görə Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov martın 6-ı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olub. Səlim Müslümov bildirib ki, əhalinin adambaşına düşən gəlirləri əvvəlki illə müqayisədə 36,2 faiz artıb və bu gəlirlər inflyasiyanın səviyyəsini 15,4 faiz üstələyib:
«Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqlarının artırılması üçün prezident tərəfindən bir sıra sərəncamlar imzalanıb, minimum əmək haqqı 50 faiz artırılıb. Bunlar Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımına da müsbət təsir göstərib. 2008-ci ildə fondun gəlirləri 1395,9 milyon manat təşkil edib, bu da 2007-ci ilə nisbətən 428 milyon manat və ya 44,2 faiz çoxdur. 2008-ci ildə məcburi dövlət sığorta haqqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,4 faiz və ya 271,0 milyon manat artaraq 958,6 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatlarının ödədikləri məcburi dövlət sosial sığorta haqqlarının məbləği keçən ilə nisbətən 37,9 faiz və ya 154,7 milyon manat, proqnoza nisbətən isə 20,9 milyon manat çox olub».

S.Müslümovun dediyinə görə daxilolmaların qeyd olunan səviyyəsi Fondun xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ötən il DSMF-nin xərcləri 1392 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1339 milyon manat vəsait ayrılıb, bu da 2007-ci ilə nisbətən 40,4 faiz çoxdur. S.Müslümovun sözlərinə görə, yaşa görə əmək pensiyasının baza hissəsi 2008-ci il yanvarın 1-dən 60 manata, sentyabrın 1-dən isə 75 manata çatdırılıb: «Yəni il ərzində 50 faiz artırılıb. Həmçinin, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsilə bağlı sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsinə 16,7 faizlik artım tətbiq edilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG