Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

İlham Əliyev İrana rəsmi səfər edəcək


Azərbaycan prezidenti İlham Əliyev martın 10-11-də Tehrana rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev martın 10-11-də Tehrana rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev martın 10-11-də Tehrana rəsmi səfər edəcək. «Turan»a diplomatik mənbələrdən daxil olan məlumata görə, səfər zamanı dövlət başçısı həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.

Rəsmi səfər martın 10-na təsadüf edəcək. İ.Əliyevin İranın siyasi rəhbərliyi ilə danışıqları zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq aləmin aktual problemləri müzakirə olunacaq.

Martın 11-də İƏT-in sammitində Azərbaycan, İran, Əfqanıstan, Türkmənistan, Türkiyə, Tacikistan və Pakistanın dövlət başçıları, Qırğızıstan və Qazaxıstanın baş nazirləri, Özbəkistanın parlament sədrinin iştirak edəcəyi gözlənilir.

Sammitdə İqtisadi Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçiləcək, təşkilatın növbəti dövr üçün fəaliyyət proqramı və Tehran bəyannaməsi qəbul ediləcək.
XS
SM
MD
LG