Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Milli Məclis Rəsulzadəni yad etdi


Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə 71 yaşında vəfat edib
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə 71 yaşında vəfat edib
Milli Məclis Məhəmməd Əmin Rəsulzadənin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

M.Ə.Rəsulzadə martın 6-da Ankarada vəfat edib.

Onun xatirəsini yad etmək təklifini Müsavat deputat qrupundan Pənah Hüseyn irəli sürüb. Bir sıra deputatlar buna tərəddüd etsələr də, spiker Oqtay Əsədovdan sonra ayağa qalxıblar.

Amma iki deputat – Vidadi Məmmədov və Musa Quliyev ayağa qalxmayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri, Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə 71 yaşında vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG