Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

ABŞ dövlət katibi İranı jurnalisti azad etməyə çağırıb


ABŞ dövlət katibi Hillari Klinton İran hakimiyyətini artıq bir aydır həbsdə saxlanan İran əsilli Amerika jurnalistini azad etməyə çağırıb. ABŞ dövlət katibi deyib ki, 31 yaşlı Roksana Sabirinin vəziyyətindən narahatdır və bildirib ki, jurnalist azad olunarsa öz vətəninə Şimali Dakota Ştatına qayıdacaq.

İran rəsmiləri bu həftə bildirmişdilər ki, Roksana Saberi Tehranın Evin həbsxanasında saxlanılır. Jurnalist İranda qanunsuz fəaliyyətdə ittiham olunur. Bildirilir ki, onun jurnalist fəaliyyəti İranda iki il əvvəl ləğv edilib.
XS
SM
MD
LG