Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:12

İran Ekvadorda elektrik enerjisi stansiyası tikməyi planlaşdırır


İran Ekvadordakı layihələrə daha çox maliyyə dəstəyi ayırmağı planlaşdırır.

Bu haqda İranın Energetika nazirinin müavini Həmid Çitçian Ekvadorda ölkə prezidenti Rafael Korrea ilə görüşü zamanı deyib. Nazir müavini bildirib ki, İran Ekvadorda 10 və 15 meqavatlıq iki elektrik enerjisi stansiyasının tikilməsinə yardım edəcək.

Ekvador rəsmiləri bildiriblər ki, həmçinin istilik stansiyanın tikilməsi və Tehranın Ekvadorda kiçik və orta biznesin inkişafına 40 milyon dollar kredit ayıracağı da planlaşdırılır.

İran artıq yanvarda Ekvadorda neft emalı üçün 280 milyon dollar ayırıb.

OPEK üzvi olan İran və Ekvador 2008-ci ilin dekabrında Ekvador prezidentinin İrana səfəri zamanı əməkdaşlıq sazişi imzalamışdılar.
XS
SM
MD
LG