Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:40

NATO baş katibi Əfqanıstanın qərarını alqışlayıb


NATO baş katibi Yap de Hup Skeffer Əfqanıstan hökumətinin seçkilərin əvvəlcədən planlaşdırıldığı vaxtda-avqustda keçirilməsi qərarını alqışlayıb.

Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Haviyer Solana da bu qərarın doğru olduğunu deyib. Onun sözlərinə görə seçkinin avqustda keçirilməsi həm də seçkiyə hazırlıq üçün lazım olan vaxta da imkan yaradır.

Əfqanıstan prezidenti Həmid Kərzayi erkən seçkilərin təşkil olunması və seçkinin apreldə keçirilməsinə çağırmışdı. O bildirmişdi ki, mayın 22-i onun prezidentlik müddəti bitir və konstitusiyaya görə erkən seçki keçirilə bilər.
XS
SM
MD
LG