Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

BMT baş katibi Sudan hökumətini öz qərarını ləğv etməyə çağırıb


BMT baş katibi Ban Ki Mun Sudan hökumətini beynəlxalq humanitar təşkilatları ölkədən çıxarması qərarına bir də baxmağa çağırıb.

Hökumət Beynəlxalq Haaqa hərbi tribunalının Sudan prezidenti Ömər Əl-Bəşirə qarşı həbs orderinə etiraz olaraq 13 humanitar yardım qrupunu ölkədən çıxarıb.

BMT baş katibi öz müraciətində bildirir ki, bütün yardım missiyalarının ölkədən çıxarılması Darfurun köməyə ehtiyac duyan beş milyona yaxın əhalisinə ağır zərbə vura bilər.

Sudan hakimiyyəti bildirib ki, o, prezident Əl-Bəşiri zorlama, qətliam, dinc əhaliyə qarşı planlaşdırılmış hücumlar və bir sıra digər müharibə və insanlığa qarşı cinayətlərdə günahlandıran məhkəmə ilə əməkdaşlıq etməyəcək. Məhkəmə bu qərarı martın 4-ü verib.

Prezident Ömər Əl-Bəşirə qarşı həbs orderi həm də Afrika İttifaqı və bir sıra ərəb ölkələrində qəzəblə qarşılanıb.
XS
SM
MD
LG