Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Müxalifət referendumu təslimçi sülhə hazırlıq sayır


Əsas Qanunun 29 maddəsinə 41 əlavə və dəyişiklik təklif edilir
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və dəyişiklik təklif edilir
«İşdən sonra» proqramının «Referendum gündəliyi»nin qonaqları Milli Məclisin üzvü Zahid Oruc və Liberal Partiyadan Əvəz Temirxan idi.

Əsasən iki müddəa müzakirə olundu:

– 40 min seçiciyə qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsi;

- prezidentə Azərbaycan qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri imzalamaq səlahiyyətinin verilməsi

Zahid Oruc
Ə. Temirxanın fikrincə, bu düzəliş və əlavələr Azərbaycanın milli mənafelərinə zidd olan Qarabağ sazişinin imzalanmasına və Dağlıq Qarabağ ermənilərinin məsələni referenduma çıxarmaqla, Azərbaycandan ayrılmalarına gətirib çıxara bilər.

Z. Oruc isə hesab edir ki, adıçəkilən müddəalar sadəcə Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü ilə çıxış etməsi üçün konstitusion şəkildə proseduranı asanlaşdırır.

«Belə çıxır ki, müxalifət xalq demokratiyasının əleyhinədir. Onlar xalqa və onun iradəsinə güvənmirlər?», - deyə Oruc sual edir.

Əvəz Temirxan
Ə. Temirxansa müddəaya etirazını belə əsaslandırır:

«İndiyə kimi 300 min seçicinin təşəbbüsü var idi. Onların sayının 40 minə endirilməsi Dağlıq Qarabağ ermənilərinin sayına uyğunlaşdırılmasıdır. Biz deyirik, əvvəl Dağlıq Qarabağ problemi həll olunmalıdır, sonra bu məsələyə baxıla bilər».

Bir-birini siyasi və hüquqi səriştəsizlikdə günahlandıran tərəflər qarşıdakı referendumla bağlı tamamilə zidd mövqelərdən çıxış edirlər. Referenduma çıxarılan düzəliş və əlavələr arasında Z. Orucun razılaşmadığı, Ə. Temirxanın isə razılaşdığı bircə məqam belə yoxdur.
XS
SM
MD
LG