Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

Ölkə başçısının qızına toy etməyə pulu yoxdur


İsveç kralı Karl Qustav xanımı Silvia ilə, 9 may 2007
İsveç kralı Karl Qustav xanımı Silvia ilə, 9 may 2007
İsveçın kralı Karl Qustav hesab edir ki, hökumət büdcədən pul ayırmalıdır ki, o öz qızı, şahzadə Viktoriyaya layiqincə toy edə bilsin.

Nikah mərasimi 2010-cü ilə planlaşdırılsa da, artıq indidən İsveç monarxı ilə hökumət arasında toy xərcləri ətrafında mübahisələr yaranıb.

Şahzadə Viktoriya nişanlısı ilə
İsveç mətbuatının verdiyi xəbərə əsasən, Karl Qustav qızına dəbdəbəli toy mərasimi keçirmək istəyir və bununla bağlı Maliyyə Nazirliyinə məktub göndərib.

Maliyyə Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, şahzadənin toyuna əlavə vəsait ayrılacağına əmin deyil. Lakin əlavə edib ki, Maliyyə naziri Anders Borq ilə İsveç kralının görüşü nəzərdə tutulub və qəti qərar bu görüşdən sonra veriləcək.

31 yaşlı şahzadə Viktoriya İsveç kral taxtının varisidir. O, ötən ay idman biznesi ilə məşğul olan 34 yaşlı Daniel Vestlinqlə nişanlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG