Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:28

İsraillə Türkiyə rəsmiləri münasibətlərin bərpasına çalışırlar


İsraildə çıxan gündəlik “Haaretz” qəzetinin yazdığına görə İsraillə Türkiyə öz aralarında bu aylarda baş qaldıran “böhran”ın aradan qaldırılması intensiv danışıqlar aparırlar.

Qəzetin martın 5-də yaydığı məlumata görə, hər iki ölkənin rəsmiləri bir-birinə ismarış göndərib ki, yaxın günlərdə aradakı soyuqluğu götürüb münasibətləri bərpa etmək lazımdır.

Yanvarın sonunda Davosda keçirilən beynəlxalq iqtisadi forumda İsrailin fələstin ərazilərində apardığı hərbi əməliyyatlara görə İsrailin prezidenti Şimon Pereslə Türkiyənin baş naziri Rəcəb Tayiib Ərdoğan arasında kəskin mübahisə yaranmışdı. Bundan sonra regionun bu iki tarixi müttəfiq dövləti arasında münasibətlər gərginləşmişdi.

Bundan sonra İsrailin Quru Qoşunlarının komandanı da Türkiyəni erməni soyqırımında və kürdlərə qarşı təzyiqlərdə ittiham etmişdi. Həmin çıxışın ardınca isə İsrail Türkiyə hökumətinə göndərdiyi məktubda Ərdoğana qarşı tənqidlərinə görə həmin komandanın qınandığını yazıb.

Türkiyə prezidenti Abdullah Gül isə İsrailə, həmkarı Peresə bir neçə həftə əvvəl yazdığı məktubunda yaxın aylarda bu ölkəyə səfər etmək istədiyini bildirib.

Qulağında problemlərə görə Gülün yanvarda İsrailə nəzərdə tutulan səfəri təxirə salınmışdı. Bu səfərin ilin ikinci yarısında baş tutması gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG