Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:17

Putin yenə Ukrayanaya gedən qazı kəsə biləcəklərini deyir


Rusiyanın baş naziri Vladimir Putin bu şənbəyə qədər möhlət verib. Həmin vaxta qədər Ukrayna qaza görə borcunu ödəməsə qaz kəsiləcək. Putin xəbərdarlıq edib ki, Ukraynanın pulu ödəməməsi Avropanın da qaz təchizatında problemlərə səbəb ola bilər.

Rusiyanın Qazprom şirkəti bugünlərdə bildirib ki, onlar Ukraynanın təhlükəsizlik xidmətinin Neftohazda apardığı yoxlamaların Rusiyaya olan 400 milyon dollarlıq borcunu martın 7-ə qədər ödəməyə mane olacağından narahatdırlar.

Rusiyanın Avropaya göndərdiyi qazın əsas hissəsi Ukrayna ərazisindən keçir. Qazın qiyməti və tranzit xərcləri üstündə Moskva ilə Kiyev arasında mübahisələrə görə yanvarda Rusiya Ukraynanın da, Avropanın qazını kəsmişdi.
XS
SM
MD
LG