Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Ukraynda təhlükəsizlik xidməti Ukrtransgaz şirkətini yoxlayır


Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları martın 5-də ölkənin qaz kəmərlərini idarə edən Ukrtransgaz şirkətində yoxlama aparıb. Bir qədər sonra isə onlar heç bir sənəd sxalamadan şirkəti tərk ediblər.

Bu, son vaxtlar aparılan ikinci yoxlamadır. Təhlükəsizlik xidməti dünən də milli enerji şirkəti olan Neftohazda yoxlama aparıblar.

Şirkətdən deyiblər ki, onlar yanvarda Rusiyanın Qazprom Şirkəti ilə imzalanmış qaz nəqlinə dair müqavilənin orijinalını axtarıblar. Rusiya ilə qaz razılaşmasını aparmış Baş nazir Yuliya Timoşenko bu reydləri pisləyərək axtarışların şirkətin işini iflic etdiyini deyib.
XS
SM
MD
LG