Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13

Eldar Sabiroğlu: «Əsirlər Ermənistana qayıtmaqdan imtina edib»


Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu

«Fevralın 27-də könüllü olaraq Azərbaycan tərəfinə keçmiş Ermənistan Ordusunun 3 əsgərinin səhhəti hazırda normaldır, müalicə kursları davam etdirilir. Onlar təslim olarkən aclıqdan və xəstəlikdən taqətdən düşmüş vəziyyətdə idilər. Azərbaycan tərəfi ermənilərin əsirlərlə davranışındakı qəddarlıqdan fərqli olaraq, humanitar prinsiplərdən çıxış edərək onların müalicəsi ilə məşğul olur».

Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu «Turan»a belə deyib.

Onun sözlərinə görə, hər 3 əsgər Ermənistana qayıtmaqdam imtina edib:

«Onlar üçüncü ölkəyə getmələri üçün Azərbaycan hökumətindən xahiş edib».

E.Sabiroğlu deyir ki, əsgərlər bildirirlər ki, Ermənistana qayıtsalar, onları ölüm, aclıq, ağır işgəncələr gözləyir:

«Əsirlər bildirirlər ki, biz yenidən qayıdıb Ermənistandakı acınacaqlı şəraitdə yaşamaq istəmirik. Canımızı aclıqdan, işgəncələrdən zorla qurtarmışıq».

E.Sabiroğlu deyir ki, əsgərlər Ermənistan Ordusundakı işgəncələrə, aclığa, xəstələnərkən müalicə edilməməyə, yataq yerlərinin həddən artıq soyuq olmasına, yuxusuz saxlanmağa etiraz olaraq Azərbaycan tərəfinə keçiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG