Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Xartumda etiraz aksiyası keçirilib


Beş mindən artıq insan martın 5-də Sudanın paytaxtı Xartumda etiraz aksiyası keçirib. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin prezident Ömər Əl Bəşərin həbs olunması barədə qərar qəbul etməsini pisləyiblər.

Bundan əvvəl isə, prezident Bəşər deyib ki, beynəlxalq məhkəmənin onun barəsində çıxardığı qərar ölkəsinə qarşı sui-qəsd xarakteri daşıyır.

Prezident Ömər Əl Bəşər Darfur əyalətində qaradərili əhaliyə qarşı soyqırımda ittiham olunur.

BMT-nin məlumatına görə, son 6 ildə Darfurda vətəndaş münaqişəsi zəminində 300 minə yaxın insan həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG