Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Polis sahibkarların aksiyasının qarşısını alıb


Sahibkarlar vaxtın olduqca az olduğunu bildirirlər

Sahibkarlar vaxtın olduqca az olduğunu bildirirlər

Martın 5-də polis Binə ticarət mərkəzinə gedən yolu bağlayan minə yaxın sahibkarın keçirdiyi aksiyanın qarşısını alıb.

Sahibkarlar deyirlər ərazidə yerləşən 4 minə yaxın ticarət obyektini köçürmək istəyirlər. Bunun üçün ticarət mərkəzinin rəhbərliyi onlara martın 9-a kimi vaxt verib.

Sahibkarlar bu vaxtın olduqca az olduğunu bildirirlər. Onlar «Azadlıq» radiosuna banklardan kredit götürdüklərini və bunun ödənilməsi üçün ən azı 4-5 ay vaxt tələb olunduğunu deyiblər.

Həmin ərazidə ya yol çəkiləcəyi, ya da yaşıllıqlar salınacağının planlaşdırıldığı bildirilir.

Sahibkarlara isə xəbərdarlıq edilib ki, martın 9-a kimi ərazini boşaltmasalar, onlar obyektlərini sökülmüş görəcəklər.

Aksiya iştirakçılardan bir neçə nəfər ticarət mərkəzinin rəhbərliyi ilə danışığa dəvət olunub, amma sonradan onların polis bölməsinə aparıldığı xəbəri gəlib.

Son məlumata görə, sahibkarlardan 8 nəfəri Buzovnada 2-ci polis bölməsinə aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG