Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:55

Orta məktəblərdə yaz tətilinin müddəti uzadılıb


Bu il Azərbaycanın orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq və martın 28-29-a qədər davam edəcək.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov APA-ya bildirib ki, orta məktəblərdə yaz tətili martın 16-dan 23-ə qədər nəzərdə tutulsa da, Nazirlər Kabineti martın 20-dən 29-a qədər ölkədə qeyri-iş günün elan edilməsi ilə bağlı qərar verdiyi üçün orta məktəblərdə martın 16-da da dərslər keçiləcək.

Altı günlük tədris sistemi ilə fəaliyyət göstərən məktəblərdə şagirdlər dərsə martın 28-də gedəcəklər. Beş günlük tədris sistemi ilə işləyən məktəblərdə isə dərslər martın 29-da başlayacaq.

Yaz tətilinin müddətinin uzadılması digər tətillərin vaxtına təsir göstərməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG