Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Şuşalı gənclər referendumda fəal iştirak edəcək


«Yeni Azərbaycan»: «Şuşalı gənclər referendumda fəal iştirak edəcək»

«Yeni Azərbaycan»: «Şuşalı gənclər referendumda fəal iştirak edəcək»

«Azadlıq» qəzeti: «Sosial sahəyə ayrılan vəsaitin yarısı mənimsənilir».

Millət vəkili Pənah Hüseyn hesab edir ki, səhiyyəyə 70 milyon manat ayrılıb, lakin bu vəsaitin hansı məqsədlər üçün xərcləndiyi məlum deyil.
«Təəssüf ki, biz qiymətlərin artması və əhalinin maddi rifahının pisləşməsi nəticəsində yaranmış sosial gərginliyin aradan qaldırılmasına yönəlmiş real addımları görmürük. Əksinə, sosial sahədə vəziyyət ciddi şəkildə pisləşməkdə davam edir. Eyni zamanda, sosial sahəyə ayrılan vəsaitin yarısı mənimsənilir. Sosial xərclər və ödəmələr sahəsini şəffaflaşdırmaq tələbələrinə baxmayaraq, hakimiyyət onu hər yolla gizlədir. Bu, öz növbəsində, ən yüksək səviyyədə korrupsiyadan xəbər verir».

«Ekspress»: «Güclü ABŞ-Azərbaycan tərəfdaşlığı bu gün həmişə olduğundan daha vacibdir». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib: «Biz enerji, regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla baxışlarımızı və maraqlarımızı bölüşürük. Bu gün Azərbaycanın və Xəzər regionunun qaz ehtiyatlarının müstəqil tərzdə dünya bazarlarına çıxarılması üçün yeni boru xətlərinin inkişafı üzərində işləyirik».

Diplomat qeyd edib ki, Gürcüstanın məruz qaldığı müdaxilə və işğal Qafqazda regional sabitlik və təhlükəsizliyə dair yeni sualları gündəmə gətirib: «Bu cür siyasi qeyri-müəyyənlik şəraitində ABŞ Azərbaycanın güclü tərəfdaşı olaraq qalmaq niyyətindədir. Biz Azərbaycanla enerji, regional və qlobal təhlükəsizlik daxil olmaqla mühüm sahələrdə maraqlarımızı bölüşürük. Əlbəttə müəyyən sahələrdə fərqli baxışlarımız da var».

«Yeni Azərbaycan»: «Şuşalı gənclər referendumda fəal iştirak edəcək».

«Yeni Azərbaycan» təşviqat qrupu səsvermə hüququna malik olan şuşalı gənclərlə görüş keçirib.
Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Xəlilov xatırladıb ki, martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək. «Bu dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdıran A.Xəlilov ümidvar olduğunu bildirib ki, mart ayının 18-də bütün səsvermə hüququna malik olan gənclər seçki məntəqələrinə gələrək bu dəyişikliklərin lehinə səs verəcəklər. Daha sonra gənc seçicilərin çoxsaylı sualları cavablandırılıb və onlara dəyişikliklərlə bağlı ətraflı məlumat verilib».

«Üç nöqtə»: «Azərbaycanda idmanın inkişafına mane olan əsas səbəb bu sahədə çalışan məşqçi və müəllimlərin savadsız olmasıdır. Bədən tərbiyəsi və idman sahəsində kompleks elmi-tədqiqatların aparılması işi məni qane etmir». Bu sözləri, Gənclər və idman naziri Azad Rəhimov, bədən tərbiyəsi və idmanın aktual problemləri mövzusunda keçirilən elm-praktiki konfransda deyib. Nazir deyib ki, ölkədə idmanın inkişafına mane olan səbəblərdən ən birincisinin idman sahəsində çalışan məşqçi və müəllimlərin savadsız olmasıdır. Azad Rəhimov qadınların bədən tərbiyəsi və idmanla məşğul olması göstəricilərinin zəifliyi, eləcə də məşqçi müəllimlər arasında qadınların demək olar ki, yoxluğundan da gileylənib. O, həmçinin nəticəsi qənaətbəxş olmayan velosiped, üzgüçülük, suya tullanma və kamandan oxatma kimi idman növlərində də yaxın gələcəkdə nailiyyətlərin əldə olunması uğrunda ciddi işlərin aparılmasını zəruri sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG