Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

Sudan humanitar missiyaları ölkədən qovub


Sudan hökuməti 10 iri humanitar missiyanı ölkədən çıxarıb. Buna səbəb martın 4-də Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidenti Ömər Əl Bəşirin həbsi üçün order qərarı çıxarması olub.

Ömər Əl Bəşir Darfur əyalətində qaradərili əhaliyə qarşı soyqırımda ittiham olunur.

Humanitar təşkilatlar ölkədən çıxarılma qərarına etiraz edərək, beynəlxalq məhkəmə ilə heç bir əlaqələri olmadığını bildiriblər. Eyni zamanda Sudandakı fəaliyyətlərinin dayandırılmasının humanitar böhrana səbəb ola biləcəyini bəyan ediblər.

Humanitar təşkilatlar Darfurda 2 milyona yaxın insanın su, yaşayış yeri və ərzağa kəskin tələbatı olduğunu bildirir.

BMT-nin məlumatına görə, son 6 ildə Darfurda vətəndaş münaqişəsi zamanı 300 minə yaxın insan həlak olub.
XS
SM
MD
LG