Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

ABŞ Azərbaycanın tərəfdaşı olaraq qalır və ona daimi yardım göstərir


Birləşmiş Ştatlar Azərbaycanın tərəfdaşı olaraq qalır və ona texniki yardımlar göstərir.
Bu, iqtisadi islahatların həyata keçirilməsi, islahatların müasir qaydalarla idarə olunmasına kömək deməkdir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, regionlarda iqtisadi artımın təmin olunması və iqtisadi inkişafa görə məsuliyyət Azərbaycan hökumətinin üzərinə düşür.

Bu istiqamətlərdə hərəkət görünür və Birləşmiş Ştatlar buna təkan vermək üçün daim texniki yardım təklif edib.


Səfir hesab edir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına nə qədər tez qoşullsa, bir o qədər də tez ölkədə iqtisadi artım müşahidə olunacaq.
XS
SM
MD
LG