Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:42

Sakin evinə qeydiyyata düşə bilmir


Aqşin Süleymanov bir ildir yeni tikilən çoxmərtəbəli binaya köçüb. Amma qeydiyyata düşmək müşkülə dönüb

Aqşin Süleymanov bir ildir yeni tikilən çoxmərtəbəli binaya köçüb. Amma qeydiyyata düşmək müşkülə dönüb

Bakının Yasamal rayonunda yerləşən Şərifzadə 116 «A» nömrəli evdə yaşayan Aqşin Süleymanov yeni evinə qeydiyyata düşə bilmir. O, bir ildir yeni tikilən çoxmərtəbəli binaya köçüb. Amma bu yeni evə qeydiyyata düşmək müşkülə dönüb.

Aqşin Süleymanovun dediyinə görə, Yasamal pasport qeydiyyatı idarəsində evin qeydiyyata alınmamasını səbəb gətirirlər.

Amma Aqşin Süleymanov söyləyir ki, bəzi qonşuları bu evə qeydiyyata düşüb. Soruşur ki, məgər evin bəzi mənzilləri qeydiyyata alınıb? O, problemini qeyri-rəsmi rüsum ödəməməsində görür: «Yasamal «Pasportstol»a gedirəm, deyirlər ki, ev qeydiyyata düşməyib. Amma bəzi qonşularım pul verib qeydiyyata düşürlər».

Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsinin şöbə rəisi Sima Səfərova deyir ki, Aqşin Süleymanov birbaşa onlara müraciət eləsin. Başqa bir texniki problem yoxdursa, onların yaşadıqları mənzilə qeydiyyata düşməsinə yardımçı olacaqlar:

«Qeydiyyata düşmək üçün rəsmi rüsum ödəmək lazımdır, vəssalam. Aqşin Süleymanov orderini də götürüb ya bizim idarəyə gəlsin, ya da Bakı şəhər Baş Polis İdarəsinə. Burda heç bir problem yoxdur».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG