Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Milli Strategiya hazırlanır


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Strategiya hazırlanır. Sənədin hazırlanması ilə məşğul olan işçi qrup hazırda beynəlxalq təcrübəni öyrənməkdədir. Bu haqda işçi qrupun üzvü, Cənubi Qafqazda narkotiklərlə mübarizə proqramının koordinatoru Məzahir Əfəndiyev «Azadlıq» radiosuna məlumat verib:

«Hazırda inkişaf etmiş Avropa ölkələrinin modellərini nəzərdən keçiririk. Eyni zamanda, dövlətin özünün xüsusiyyətlərinə uyğun müddəaların hazırlanması da vacibdir. Ümumiyyətlə, Milli Strategiyanın hazırlanması vaxt aparan və çox mühüm bir sənəddir. Belə bir strategiyanın Azərbaycanda olması şərtdir. Bu sənəd olmadan xüsusi bir prioritet müəyyənləşdirmək, ciddi qərar qəbul etmək mümkün deyil».

M.Əfəndiyev deyir ki, 2008-ci ildə hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən yığılmış narkotik maddələrin miqdarı əvvəlki ilə nisbətən 1 ton artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG