Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

«Büdcə vəsaiti qanunsuz xərclənir»


«Milli Büdcə Qrupu» QHT koalisiyası martın 4-də yaydığı bəyanatda bildirir ki, Nazirlər Kabinetinin 2 fevral 2009-cu il tarixli 22 №-li sərəncamı cari ilin büdcəsinin əsas vəsaitlərinin bölünməsi üzrə qanunsuz kimi xarakterizə olunub.

Bəyanatda deyilir ki, «Büdcə sistemi haqqında» qanuna zidd olaraq Sərəncama «ehtiyat vəsaitləri» maddəsi əlavə olunub və bu yolla 1,6 milyard manat və ya bütün büdcə vəsaitlərinin 12,6%-i qədər xərcləmək nəzərdə tutulur.

Qurum bildirir ki, büdcə vəsaitlərinin qanunvericilikdə olmayan təsnifatla bölünməsi birinci dəfə deyil. 2007-ci ildə bu yolla 7,8 milyon manat xərclər yazılmışdı. 2008-ci ildə isə iki sərəncamla müvafiq olaraq 5 və 13,2 milyon manat ayrılıb. Cari ildə isə bu məbləğ onlarla dəfə artıb və bütün nəzərdə tutulan əsas vəsaitlərə büdcə investisiyalarının 34 faizinə müvafiq gəlir.

Milli Büdcə qrupu bildirir ki, qanunvericiliyə görə, büdcə vəsaitlərindən ehtiyat resursları yaradıla bilər, amma bu, dövlət büdcəsinin ehtiyat fondu formasında və ya Prezidentin ehtiyat fondu qismində olmalıdır. Bu vaxt onun həcmi dövlət büdcəsinin ümumi xərclərinin müvafiq olaraq 5% və 2%-dən çox olmamalıdır. Cari ildə bu məqsəd üçün 150 milyon və 120 milyon manat büdcə vəsaiti nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG