Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:38

Nüvə silahına malik ölkələr İrana birbaşa dialoq təklif edirlər


Dünyanın nüvə silahına malik beş ölkəsi və Almaniya nüvə mübahisəsini həll etmək üçün İrana birbaşa dialoq təklif ediblər. Tehranı BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl etməyə çağıran şuranın 5 daimi üzvi-Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Vyanada Almaniya ilə birgə Beynəlxalq Atom Enerjisi Agentliyinə bəyanat göndəriblər.

Fransanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Olivie Karon bildirib ki, «biz hərtərəfli diplomatik həllin tərəfdarıyıq, eləcə də birbaşa dialoqun».

Bundan bir gün əvvəl isə ABŞ səfiri Qreqoru Şult nüvə mübahisəsini yoluna qoymaq üçün ABŞ-ın diplomatik yol tutduğunu bildirmişdi.
XS
SM
MD
LG