Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Qlobal iqtisadi böhranın «üçüncü dalğası» gəldi



Beynəlxalq Valyuta Fondu (BVF) deyir ki, dünya iqtisadi böhranı indi də üçüncü-kasıb ölkələrə təsir etməyə başlayıb və 22 kasıb ölkə bu il təcili 25 milyard dollar yardıma ehtiyac duya bilər.

BVF direkoru Dominik Stros Kan deyib ki, qlobal iqtisadi böhran inkişaf etmiş iqtisadiyyatlara ziyan vurduqdan sonra indi də «üçüncü dalğası» ilə kasıb ölkələri ağuşuna alır. Qurum rəhbəri bildirib ki, iqtisadi böhrana görə sosial rifah proqramları bağlansa kasıb ölkələrdəki uşaqlar üçün humanitar böhran başlaya bilər.
XS
SM
MD
LG