Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Bakıda «Şərq-Qərb» moda nümayişi


Martın 6-da Muzey Mərkəzində «Qadına məhəbbət» adlı silsilə tədbirlərə start veriləcək. Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Qalib Qasımovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, tədbir «Bakı - İslam Mədəniyyətinin Paytaxtı – 2009» mədəniyyət ili çərçivəsində təşkil olunub.

İlk olaraq «Şərq-Qərb» moda nümayişi keçiriləcək. Sərgidə gənc modelyerlərin Şərq və Qərb mövzusunda geyimləri nümayiş olunacaq. Eyni zamanda, gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq və qrafika janrında çəkdikləri əsərləri sərgilənəcək.

«Qadına məhəbbət» çərçivəsində elə həmin məkanda bəstəkarlar Firəngiz Əlizadə, Sevda İbrahimova və Adilə Yusifovanın əsərlərindən ibarət konsert də olacaq. Sərgi martın 13-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG