Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:36

Dramın dramı


Ermənistanda milli pulu olan dramın məzənnəsi dollara nisbətən bir neçə saata 25 faiz düşüb.

1 dollar 305 dram idisə, bir neçə saata 380-ə qalxıb.

Buna səbəb dramın məzənnəsinin sərbəst buraxılmasıdır.

Martın 3-də Milli Bank elan edib ki, qlobal maliyyə böhranı, Ermənistana pul axınının azalması ilə bağlı dövlət valyuta bazarına müdaxiləni, yəni dramın məzənnəsini saxlamağa pul buraxmağı azaldır və dramın üzən məzənnəsinə keçir.

Dram saatbasaat düşməkdə davam eləyir.
XS
SM
MD
LG