Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:25

Nazir: «Otellərdə qiblənin istiqamətini göstərən işarələr qoyulur»


«Azərbaycan mətbəxi onsuz da islam mədəniyyətinin bir hissəsidir»
«Azərbaycan mətbəxi onsuz da islam mədəniyyətinin bir hissəsidir»
Mədəniyyət və Turizm Nazirliyinin proqnozlarına əsasən, bu il Azərbaycana turist axınının 17 faiz artacağı gözlənilir.

Nazirlik bunu il ərzində «Bakı - İslam mədəniyyətinin paytaxtı» layihəsi çərçivəsində müxtəlif tədbirlərin keçiriləcəyi ilə əlaqələndirir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyir ki, artıq otellər müsəlman ölkələrindən gələcək turistləri qarşılamağa hazırlaşırlar:

«Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də biz heç bir otelin qarşısında şərt qoymuruq ki, siz mütləq orda namaz üçün otaq ayırmalısınız, yaxud xüsusi yeməklər hazırlamalısınız».

Amma nazir deyir ki, turizm sənayesi olduqca həssas sahədir. Və dərhal tələblərə uyğun cavab verirlər:

«Bilirəm ki, artıq bir neçə otellərdə qiblənin istiqamətini göstərən işarələr qoyulur. Əgər islam ölkələrindən gələn namaz qılmaq istəyirsə, buyursun, öz otağında qıla bilər. Rasiona gəlincə, Azərbaycan mətbəxi onsuz da islam mədəniyyətinin bir hissəsidir. Bizim yeməyimizin hamısı halal yeməkdir. Burda heyvanı yəqin ki, Allahsız kəsmirlər».

Bu il fvralın 18-də Azərbaycan paytaxtında «Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009» mədəniyyət ilinin açılış mərasimi keçirilib.

İl ərzində Bakıda yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG