Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Məzahir Pənahov: «Heç bir dünya ölkəsi bizə «skidka» eləmək istəmir»


«Dünyanın hər yerində seçkilərdə qanundan kənara çıxmalar olur. Bunu inkar etmək olmaz. Əgər desək ki, bizim seçkilərdə belə olmur, bu o deməkdir bizim mövqeyimiz zəifdir və keçmiş sovet prinsipindən danışırıq». Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bunu martın 3-də ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, əsas məsələ qanundan kənara çıxmalara nə cür reaksiya verməkdir:

«Bu məsələyə əsas komissiya və ya aidiyyatı orqanların reaksiya verməsidir. Hər bir məsələnin qanunun tələbinə uyğun cavabı var. O cavab verilmədikdə sadə bir məsələ həm beynəlxalq qurumlarına gündəliyinə düşür, şişir və belə qiymətləndirilir ki bu qəsdən edilir».

MSK sədri hesab edir ki, qərbdə keçmiş sovet məkanına qarşı stereotip var. «Bəzən qərbdən bəzi məsələlərdə bizə münasibətlərin şişirdilmiş, qərəzli olduğunun şahidi oluram. Bəzi qurumlarda, ölkələrdən bizə qarşı stereotiplərin qurulmasında günah bizim keçmiş tariximizdədir».

Məzahir Pənahov daha sonra deyib: «İndi heç bir dünya ölkəsi bizə «skidka» eləmək istəmir və düz də edir. Deməli bizə və özlərinə fərq qoymurlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG