Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:42

İran Amerikalı jurnalisti həbs etdiyini təsdiq etdi


Martın 3-ü İran rəsmiləri İran əsilli Amerika jurnalsitini həbsə aldıqlarını təsdqiləyiblər. Hökumət rəsmisi Əli Rza Cəmşidi deyib ki, saxlanan jurnalist Roksana Saberi Tehranın Evin həbsxanasında saxlanır.

Martın 2-i İranın xarici işlər nazirinin sözçüsü Həsən Qaşqavi demişdi ki, Roksana Saberi İranda qanunsuz fəaliyyət göstərir, belə ki, onun jurnalist fəalliyətini təsdiq edən sənədi yoxdur. ABŞ mətbuatı isə jurnalistin atasına istinadən yazır ki, Saberi spirtli içki almaqda təqsirli bilinərək həbs olunub.
XS
SM
MD
LG