Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:32

Xodorkovski daha 22 il həbsdə qala bilər


Xodorkovskinin vəkilləri ona qarşı ittihamları uydurma hesab edirlər

Xodorkovskinin vəkilləri ona qarşı ittihamları uydurma hesab edirlər

Yeni ittihamla üzləşən Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovksi martın 3-ü növbəti dəfə məhkəmə qarşısına çıxacaq.

Rusiyanın ən zəngin adamlarından biri olan Xodorkovski 2005-ci ildə həbs olunaraq Çita şəhərindəki həbsxanaya salınıb. «YUKOS» neft şirkətinin keçmiş rəhbəri böyük məbləğdə vergidən yayınmada ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib. Xodorkovski özü isə bu ittihamları rədd edir.

Budəfəki ittihamda isə onu irimiqyaslı oğurluqda təqsirli bilirlər. Xodorkovskini 900 milyard rublu (25 milyard dollar) mənimsəməkdə ittiham edirlər. Məhkəmədə həmçinin ona qarşı irəli sürülmüş qeyri-qanuni maliyyə əməliyyatları məsələsinə də baxılacaq. Əgər irəli sürülən bu ittihamlar sübut olunarsa o, daha 22 il həbsdə qalacaq.

Xodorkovskinin vəkilləri isə bu ittihamları uydurma hesab edirlər. Tərəfdarları onun siyasi məhbus olduğunu deyirlər və iddia edirlər ki, Kreml qüvvələri onun biznes imperiyasına və siyasi cəhdlərinə son qoymaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG