Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Qəzzaya yardım üçün 4.5 milyard dollar toplandı


Misirdə, Qəzza zolağının bərpası üçün keçirilən konfransda 4.5 milyard dollardan çox yardım toplanıb.

İsrail və Qəzzaya faktiki nəzarət edən Həmas təşkilatının çağrılmadığı konfransa ev sahibliyi edən Misirin xarici işlər naziri Əhməd Əbul Geyt belə deyib. onun sözlərinə görə, yardımlar hamısı yenidir və 2 il ərzində ödəniləcək.

Qəzzanın bərpasına vəd olunan 4.5 milyard dolların böyük hissəsini Ərəbistan yarımadasındakı ərəb dövlətləri, Amerika və Avropa Birliyi ayırıb.

ABŞ-ın Dövlət Katibi Hillari Klinton bu gün konfransda bildirmişdi ki, Qəzzaya yardımlar bölgədə sülhün əldə olunması üçün edilən cəhdlərin tərkib hissəsi olmalıdır.

Klintonun sözlərinə görə, Amerika İsrailin son hücumlarından sonra dağılan Qəzaanın bərpasına 900 milyon dollar ayıracaq və bu yardımların Həmasın əlinə keçməməsi üçün ciddi tədbirlər görəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG