Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:52

Müdafiə Nazirliyindən brilyant oğurlayan generalı tutdular


Xorvatiyada, istefada olan generala 5 milyon dollar dəyərində olan brilyant oğurladığına görə 7 il həbs cəzası veriblər.

İddiaya görə general Vladimir Zaqoreç 2000-ci ildə Müdafiə Nazirliyindəki vəzifəsindən gedəndə, özüylə 5 milyon dəyərindəki brilyantları da aparıb.
Daş-qaşlar nazirliyə 1993-cü ildəki silah satışına görə ödənilibmiş.

Məhkəmənin qərarıyla general Vladimir Zaqoreç 7 il həbsdə yatmaqla bərabər, brilyantları da Müdafiə Nazirliyinə qaytarmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG