Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

Serbiya kəşfiyyatının keçmiş rəhbəri Amerikalılara işləyirmiş


Serbiya Kəşfiyyatının keçmiş rəhbəri Amerikalılara işləyirmiş.
ABŞ-dakı “Los Angeles Times” qəzetinin bu günkü sayında dərc olunan yazıya görə, Slobodan Miloseviçin vaxtında Serbiya Kəşfiyyatına rəhbərlik eləyən Yoviça Stanişiç Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin casusuymuş.

Yazıda iddia olunub ki, Stanişiçi Yuqoslaviya parçalananan ərəfədə Mərkəzi Kəşfiyyat agentliyinin zabiti William Lofgren ələ alıb. O zaman Belqradda keçirilən gizli görüşlərdə Stanişiç Miloşeviç rejiminin gördüyü işlər barədə məlumatlar ötürürmüş.

Qəzetin iddiaları bu gün Serbiya mətbuatında da əks səda doğurub, rəsmi Belqrad isə hələ məlumatları dəqiqləşdirdiklərini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG