Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:23

112.ru


Bütün nazirliklərin bu internet səhifəsinə girişi var, lakin burada əsas əsas rolu Daxili İşlər Nazirliyi oynayır
Bütün nazirliklərin bu internet səhifəsinə girişi var, lakin burada əsas əsas rolu Daxili İşlər Nazirliyi oynayır
«Moscow Times»da dərc olunan «112.ru. Təcili veb səhifə» yazısında deyilir ki, martın 1-i Rusiya hökuməti vətəndaşlara qanunlar, saxta rublun müəyyənləşməsi və yaxınlıqdakı polis məntəqəsi barədə məlumatlarla maarifləndirmək üçün yeni sayt istifadəyə verib.

112.ru saytı Avropa Birliyi məkanında istifadə olunan təcili xidmət nömrəsinin şərəfinə adlandırılıb və Baş nazir Vladimir Putinin əməyinin bəhrəsi hesab olunur.

Rusiya hökuməti də 112 rəqəmindən təcili və qanuni xidmət üçün istifadə edir.

Yazıda bildirilir ki, bu portal gündəlik həyatda baş verə biləcək hər hansı pozuntunun qarşısını almaqla ölkənin iqtisadi təhlükəsizliyini inkişaf etdirmək və hüquq-mühafizə sahəsində çalışan təşkilatlarla əlaqələri asanlaşdırmaq məqsədi daşıyır.

Bu sayt Rusiyanın 12 federal nazirliyi və xidmətinin birgə əməkdaşlığı ilə dizayn edilib.

Daxili İşlər nazirinin müavini Nikolay Ovçinnikov keçən həftə mətbuata demişdi ki, bütün nazirliklərin bu internet səhifəsinə girişi var, lakin burada əsas əsas rolu Daxili İşlər Nazirliyi oynayır.

«Moscow Times»da yer alan «Lebedev moskvalılar üçün ingilis dilində radio açır» başlıqlı yazıda isə yanvar ayında Londonda «Evening Standard» qəzetini alan rusiyalı iş adamı Aleksandr Lebedevin öz media holdinqini daha da genişləndirmək istəyi bildirilir. O, bu dəfə Moskvada ingilis dilində radiostansiya açmaq istəyir.

A.Lebedev fevralın 27-i «Moscow Times» və «Guardian» qəzetlərinə müsahibəsində bildirib ki, radiostansiya Moskvada bir milyona yaxın potensial ingilisdilli dinləyicini əhatə edəcək və Baş nazir Vladimir Putini tənqid etmək üçün ona əlavə imkanlar verəcək.

Məqalədə yazılır ki, biznes sahəsində çalışanların ideyaya marağı radio məsələsinə dəstək verə bilər.

Lebedev həm də Putin rejiminin əsas tənqidçilərindən olan «Novaya Qazeta»nın əsas səhmdarlarından biridir. Bu yaxınlarda iki radio lisenziyası alan iş adamı onlardan birini Moskvada ingilisdilli xəbər agentliyi kimi istifadə etməyi planlaşdırır.

«Moskow Times»a müsahibəsində A.Lebedev deyib ki, Moskvanın bir milyon ingilis dilində danışan əhalisinin böyük əksəriyyəti peşəkarlardır və buna görə də, o, bu məqsədlə FM tezliyi açmaq istəyir.

Lebedevin sözlərinə görə, Putinin heç bir planı yoxdur və o, hakimiyyəti idarə edə bilmir. Bunu isə yalnız media aşkara çıxara bilər. İş adamı deyir ki, Putin bundan razı qalmayacaq, amma nə etməli?

«Evening Standard» qəzetinin Moskvada da əldə edilməsinin mümkünlüyünü müzakirə edən Lebedev digər qəzetlərlə əməkdaşlıq barədə də danışıb.

Lakin onun tənqidi və araşdırmaçı niyyəti «Novaya Qazeta»ya heç də ucuz başa gəlməyib. Son 8 ildə qəzetin telefonları kəsilib, ofisdən məlumatlar oğurlanıb və 4 əməkdaşı ya öldürülüb, ya da müəmmalı şəkildə vəfat edib.

Öldürülən əməkdaşlardan biri də Anna Politkovskayadır. Buna görə də Lebedev hakimiyyətin qəzet əməkdaşlarına özlərini müdafiə etməsi üçün silah gəzdirməsinə icazə verməsini istəyib.
XS
SM
MD
LG