Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Lukaşenko böhranda dəbdəbəli istirahətindən qalmır


Xizək sürmək Lukaşenkonun xokkeydən sonra ən çox sevdiyi idman növüdür
Xizək sürmək Lukaşenkonun xokkeydən sonra ən çox sevdiyi idman növüdür
Prezident də insandır və istirahət etməlidir. Amma Belarus prezidenti Lukaşenkonun ölkəsinin maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda böyük bir nümayəndə heyəti ilə Serbiyaya xizək sürməyə getməsi bir çoxlarında təəccüb doğurub.

Belarus prezidentinin administrasiyasından verilən məlumata görə, martın 2-də Lukaşenkonun Serbiyaya səfəri başlayıb.

Prezident administrasiyasından deyiblər ki, Lukaşenko bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcək.
Daha sonra isə ölkədəki dağ kurortlarının birində bir neçə gün istirahət edəcək.

Serbiya mediası isə yazır ki, Lukaşenko səfərinə istirahətdən başlayıb, prezidentin «Boinq 737» təyyarəsi artıq Serbiyanın cənubundakı Niş şəhərinin hava limanına enib.

Ordan Lukaşenko 50 maşınlıq kartejlə ölkənin ən yaxşı istirahət mərkəzlərindən olan Kolaonik dağ-xizək kurortuna yollanıb.

Prezidentin kurortda martın 8-cən istirahət edəcəyi, «Qrand» otelində qalacağı xəbəri yayılıb.

Kurortdakı «Qrand» oteli tamamilə onların ixtiyarına verilib, orda qalan turistlər başqa otellərə köçürülüb...
Serbiya mətbuatı yazır ki, prezident kurorta 150 nəfərlik nümayəndə heyəti ilə birgə gəlib.

Başqa bir məlumata görə isə, Minskdən Nişə iki təyyarə gəlib, qonaqların ümumi sayı isə 40 nəfərdir.

Kurortdakı «Qrand» oteli tamamilə onların ixtiyarına verilib, orda qalan turistlər başqa otellərə köçürülüb.

Lukaşenko özüylə birgə kurorta təkcə cangüdənlərini yox, həkimlər və aşbazlarını da gətirib.

Serbiya mətbuatı yazır ki, eyni vaxtda kurortda Serbiya prezidenti Boris Tadiç də istirahət edir.

Xizək sürmək Lukaşenkonun xokkeydən sonra ən çox sevdiyi idman növüdür.

Belarus iqtisadiyyatı əsasən sovet dövründən qalma mərkəzdən planlaşdırma siyasətinə əsaslanır. Ölkədə çoxlu sayda dövlət müəssisələri var, dövlət vətəndaşların səhiyyə və sosial təminatı üçün böyük subsidiyalar ayırır.

Böhran şəraitində ixracatın zəiflədiyi, istehsalın azaldığı üçün dövlətin bu imkanları daralır.

Bundan başqa, insan haqları sahəsindəki problemlərə görə, Avropa ölkələrinin Belarusla geniş ticarət əlaqələri yoxdur, ölkənin əsas ticarəti Rusiya ilədir.

Lukaşenkonun özü bildirib ki, 2009-2010-cu illər ölkə üçün ağır olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG