Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Ayaz Salayevin filminin adı dəqiqləşdi


Rejissor Ayaz Salayev yeni filmin çəkilişlərini başa çatdırıb. Şərti adı «Üçbucaq» olan filmin adı artıq müəyyənləşib.

Rejissorun «Azadlıq» radiosuna verdiyi məlumata görə, xeyli vaxtdır çəkilişləri gedən film «Aparıcı» adlanır.

Filmdə üç baş rol var. Onlardan ikisinə Azərbaycan aktyorları - Rasim Balayev və Fuad Poladov, birinə isə İran aktyoru - Şəhab Hüseyni çəkilib.

Filmin operatoru da İrandandır - Bayram Fəzli.

A.Salayev deyir ki, film montaj olunur:

«Təxminən bir aydan sonra «Aparıcı» tam hazır olacaq».
XS
SM
MD
LG