Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Nazir bütün iddialarından imtina etdi


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun məhkəməsi başa çatdı

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun məhkəməsi başa çatdı

Martın 2-də Yasamal Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun iddiası ilə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı başlanan məhkəmə prosesi davam edib.

Məhkəmədə iddiaçı tərəf olan Daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçisinə qarşı bütün iddialarından imtina edib.

Bu haqda «Azadlıq» radiosuna Leyla Yunusun vəkili İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, bu məsələ dostcasına həll edilib:

«Bu Azərbaycan cəmiyyəti üçün çox yaxşı bir president oldu və çox yaxşı bir nümunə kimi dəyərləndirilməlidir. Məhkəmə artıq başa çatdı».

İddia ərizəsində göstərilmişdi ki, Sülh və Demokratiya İnstitutunun direktoru ötən il dekabrın 3-də «Day.az» saytına müsahibəsində Daxili İşlər Nazirliyinə böhtan atıb və Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu deyib.

R.Usubov müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək L.Yunusun təkzib verməsi, nazirlikdən üzr istəməsi və mənəvi zərərin əvəzində 100 min manat təzminat ödəməsi tələbini qoymuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG