Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Avropa Birliyi liderləri iqtisadi böhranla mübarizə razılığına gəlirlər


Avropa Birliyi liderləri iqtisadi böhranın aradan qaldırılması üçün proteksionist tədbirlərdən qaçmaq razılığına gəliblər. Bu haqda Avropa Komissiyasının prezidenti Xose Manuel Barosso Brüsseldə təcili təşkil olunan sammitin sonunda məlumat verib. Danışıqlara sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek deyib ki, Avropa Birliyi heç bir ölkəni «çıxılmaz vəziyyətdə» qoymayacaq.

Lakin sammit zamanı iqtisadi böhranın daha çox mənfi təsir etdiyi Mərkəzi və Şərqi Avropa ölkələrinə Avropa Birliyinin hər hansı yardım paketi təklif etməsi haqqında heç bir bəyanat olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG