Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

Macarıstan yeni "dəmir pərdə"dən şikayətlənir


Macarıstanın baş naziri Ferenç Dyurçani bu gün bildirib ki, indiki kredit böhranı Avropa Birliyinin daha çox kasıb şərq ölkələrinə ziyan vurur. O, Birliyin kasıb ölkələri ilə varlı ölkələrinin imkanları arasındakı fərqi “yeni dəmir pərdə” kimi qiymətləndirib. Birliyi həmin kasıb ölkələrin borcları qaytarmaq imkanlarının yüksəldilməsi üçün 241 milyar dollarlıq fond yaratmağa çağırıb. Macarıstanın baş naziri bildirib ki, Avropa Birliyi yeni dəmir pərdə ilə ikiyə bölünməməlidir.

Baş naziri Ferenç Dyurçaninin bu fikirləri Avropa Birliyi liderlərinin martın 1-də Brüssel görüşündən əvvəl səslənib. Həmin görüşdə Birlik üzvlər qlobal maliyyə böhranı ilə birgə mübarizənin yollarını müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG