Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Viktor Yuşşenko Beynəlxalq Valyuta Fondunu əmin etdi


Bu günlərdə cənab Yuşşenko rəqibləri olan Baş nazir Yuliya Timoşenko, əsas müxalifət partiyasının lideri və parlamentin spikeri ilə görüşüb

Bu günlərdə cənab Yuşşenko rəqibləri olan Baş nazir Yuliya Timoşenko, əsas müxalifət partiyasının lideri və parlamentin spikeri ilə görüşüb

Ukrayna prezidenti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankını (DB) əmin edib ki, borc məsələləri və büdcə kəsirinin aradan qaldırılmasında hakimiyyət bir komanda kimi birgə işləyəcək.

Prezident Viktor Yuşşenko özünün əsas rəqibləri ilə görüşdən sonra həmin beynəlxalq maliyyə qurumlarına məktub göndərib. Bu günlərdə cənab Yuşşenko rəqibləri olan Baş nazir Yuliya Timoşenko, əsas müxalifət partiyasının lideri və parlamentin spikeri ilə görüşüb.

Bundan əvvəl BVF Ukraynaya ayırdığı iki milyard dollara yaxın kreditin ikinci hissəsini göndərməyi dayandırmışdı.

BVF öz qərarını həmin kreditə dair proqramın icrasında Ukrayna hakimiyyətindəki fikir ayrılıqlarını səbəb göstərmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG