Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

«Bakı» «İnter»i məğlub edərək liderliyə yüksəldi


Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunun mərkəzi matçında «İnter»lə «Bakı» qarşılaşıb.

«Şəfa» stadionunda keçirilən qarşılaşma «Bakı»nın 1-0 hesablı qələbəsi ilə başa çatıb. «Bakı»ya qələbə qazandıran qolu matçın 24-cü dəqiqəsində Fernando Peres rəqib qapısından keçirib.

«İnter»in 11 aylıq məğlubiyyətsizlik seriyasına son qoyan «Bakı» bu qələbədən sonra xallarını 38-ə yüksəldərək Premyer Liqada liderliyə yüksəlib. 37 xalda qalan «İnter» isə 2-ci pilləyə geriləyib. / ANS Press /

Günün bütün mövzuları

XS
SM
MD
LG