Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Ermənilərin üç hərbçisi Azərbaycan tərəfinə əsir düşüb


Erməni hərbçiləri, 1989-cu il

Erməni hərbçiləri, 1989-cu il

«Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərin üç hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi faktını təsdiqləyir».

Bunu «APA»ya açıqlamasında komissiyanın katibi Şahin Sailov deyib.

«Əsir düşmüş ermənilər hərbi geyimdə olublar və onlar mülki vətəndaşlar tərəfindən tutularaq hərbçilərə təhvil veriliblər».

Azərbaycan Müdafiə Nazirliyindən isə hadisədən xəbərsiz olduqlarını bildirirlər.

Fevralın 28-i gecə üç erməni hərbçisi Xocavənd rayonunun Kuropatkina kəndi istiqamətində təmas xəttini adlayıb.

Kənd sakinləri «ANS Press»ə bildiriblər ki, erməni əsgərləri gecə saat 1 radələrində fermalardan birinə yaxınlaşaraq yemək və su istəyiblər. Gələnlərin erməni olduqlarını başa düşən sakinlər onları saxlayaraq yaxınlıqdakı hərbi hissəyə təhvil veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG