Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

«Azadlıq» qəzeti: «Müdafiə Nazirliyində total kadr dəyişikliyi olacaq»


«Ölkə rəhbərliyi Müdafiə Nazirliyi rəhbərliyinin dəyişdirilməsini zəruri hesab edir»

«Ölkə rəhbərliyi Müdafiə Nazirliyi rəhbərliyinin dəyişdirilməsini zəruri hesab edir»

«Azadlıq» qəzeti: «Müdafiə Nazirliyində total kadr dəyişikliyi olacaq»

Yaxın günlərdə Müdafiə Nazirliyinin rəhbərliyində ciddi dəyişiklik gözlənilir. Bu barədə «mil.az»a hökumətə yaxın mənbədən məlumat daxil olub...

«Son məlumat belədir ki, ölkə rəhbərliyi Silahlı Qüvvələrdə ciddi və keyfiyyətli islahatlara başlanılmasının tərəfdarıdır və bu istiqamətdə Müdafiə Nazirliyi rəhbərliyinin dəyişdirilməsini zəruri hesab edir. Məsələ Prezident Aparatında müzakirəyə çıxarılıb», – deyə məlumatı ötürən mənbə bildirib...

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin ölümündən sonra Müdafiə Nazirliyinin rəhbərliyində ciddi dəyişikliyin aparılması zərurəti barədə fikrilər ortaya çıxıb.

Amma bu arada başqa bir mənbədən daxil olan xəbərə görə, Müdafiə Nazirliyində baş verən ciddi kadr dəyişikliyindən sonra növbə başqa güc strukturlarına da çatacaq. Mənbənin dediyinə görə, güc strukturlarında kardinal kadr dəyişiklikləri 2010-cu ilin parlament seçkilərinə kimi başa çatdırılacaq.


«Bizim Yol» qəzeti: «Day.az» saytının yeni sahibi bəlli oldu»

... Məlum olur ki, Anar Məmmədxanov əslində «day.az» və «today.az» saytlarını İlqar Hüseynova satdığını deməyib. Deputat «lent.az» portalına müsahibəsində «day.az» və «today.az» saytlarına rəhbərliyin İ. Hüseynov tərəfindən həyata keçiriləcəyini demişdi:

«A. Məmmədxanov «day.az»ın yeni baş redaktorunun adını da açıqlayıb: «Layihəyə rəhbərliyi böyük hörmət bəslədiyim İ. Hüseynov («Trend» agentliyinin direktoru) həyata keçirəcək».

Yəni A. Məmmədxanov saytların kimə satıldığını deyil, onlara kimin rəhbərlik edəcəyini açıqlamışdı. Məmmədxanov yeni təsisçinin adını açıqlamaqdan imtina edərək, bunu açıqlamağın onun tərəfindən qeyri-etik olacağını və «lazım bilsələr, özləri məlumat verərlər» demişdi.

Dünən isə «Bizim Yol»un informasiyalı mənbədən əldə etdiyi məlumata görə, «day.az» və «today.az» portallarının təsisçilik hüququ Azərbaycan Bədii Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun rəhbərlik etdiyi bir qeyri-hökumət təşkilatına keçib…


«Yeni Azərbaycan» qəzeti: «Rusiyada «Xocalıya ədalət» beynəlxalq kampaniyasına start verilib»

Fevralın 27-də Moskvada Rusiya Azərbaycanlı Gəncləri Təşkilatının (AMOR) və İslam Konfransı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə «Xocalıya ədalət» beynəlxalq kampaniyasının, həmçinin kampaniyanın saytının təqdimatı keçirilib…

Təqdimat mərasimi Xocalı soyqırımı ilə bağlı çəkilmiş filmin nümayişi ilə başlayıb.

AMOR-un prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva giriş sözü ilə çıxış edərək, Rusiya gənclər təşkilatlarının və Azərbaycan diasporunun nümayəndələrinə kampaniyaya qoşulduqlarına görə təşəkkürünü bildirib. L. Əliyeva Xocalı faciəsinin müasir tariximizin ən qanlı səhifəsi olduğunu vurğulayıb, «Xocalıya ədalət» kampaniyasının tarixi ədalətə müsbət təsir göstərəcəyini bildirib.

Sonra İKGF-nin baş katibi Elşad İskəndərov kampaniyanın təqdimatını edib. O, təşəbbüsün əhəmiyyəti barədə danışıb, kampaniyaya 20-dən artıq ölkədə start verildiyini bildirib...

Günün bütün mövzuları

XS
SM
MD
LG