Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

«Əfqanıstanda 15 minə yaxın Taliban yaraqlısı var»


Əfqanıstanın Daxili İşlər naziri deyib ki, ölkədə on mindən on beş minə qədər Taliban yaraqlısı var. Nazir Hənif Ətmar bildirib ki, yaraqlılar Əfqanıstanın otuz dörd əyalətindən on yeddisində fəaliyyət göstərirlər. Onun sözlərinə görə yaraqlıların böyük qismi Əl-Qaeda və Orta Asiya ekstremist qrupları ilə əlaqəli olan əcnəbilərdir.

Əfqanıstan rəsmiləri təsadüfi hallarda Taliban yaraqlılarının sayını açıqlayırlar və nazir Hənif Atmar bu açıqlamanı Vaşinqtonda ABŞ rəsmiləri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edərkən verib.
XS
SM
MD
LG