Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:01

2011-ci ilin sonunda ABŞ ordusu İraqdan çıxarılacaq


2010-cu il avqustun 31-də ABŞ ordusunun İraqdakı hərbi əməliyyatları başa çatacaq. Bu barədə prezident Barak Obama fevralın 27-də bildirib. Prezident əlavə edib ki, 35-50 minlik bir hərbi kontingent İraqda qalıb bu ölkənin təhlükəsizlik qüvvələrinə kömək edəcək. 2011-ci ilin sonunda isə ABŞ-ın bütün qoşunları İraqı tərk edəcək.

Barak Obama bildirib ki, o, bu planını İraqın baş naziri Nuri əl-Maliki və ABŞ-ın keçmiş prezidenti Corc Buşla da müzakirə edib.
XS
SM
MD
LG