Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:28

Belorus fəlları sovetlərdən qalmış heykəllərin sökülmsini istəyirlər


Belorusda bir qrup ictimai fəal insan prezident aparatına müraciət edərək ölkədki minlərlə sovet dövründən qalma heykəlin götürülməsini xahiş ediblər. Onlar həmin heykəllərin yerinə Belorusun tarixindəki görkəmli şəxslərin abidələrinin qurulmasını istəyirlər.

Bu təşəbbüslə çıxış edənlərdən biri, İhar Lyalko deyir ki, hazırda Belorusda tarixçilər və siyasət sahəsində alimlər hakimiyyətdə deyillər. Amma hər halda, onların bazasında Stalinizm, Leninizm də dayanmır. Ona görə də sovet dövrünün qəhrəmanları olan Vladimir Leninin, Feliks Dzerjinskinin, Mixail Kalinin və başqalarının ölkədəki yüzlərlə heykəlinin götürülməsi problem olmamalıdır. Onun fikrincə, götürülən heykəllər Minskdə bir yerdə toplanıb açıq havada muzey kimi istifadə edilə bilər.
XS
SM
MD
LG