Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:10

Prokuror Politkovskayanın qətli üzrə məhkəmə hökmünə etiraz edir


Rusiyanın Baş Prokurorluğu jurnalist Anna Politkovskayanın qətli ilə bağlı məhkəmənin hökmünə etiraz edir. Bu barədə kassasiya fevralın 27-də Ali Məhkəmənin Kollegiyasına göndərilib.

Fevralın 20-də məhkəmə jurnalistin qətli üzrə saxlanan dörd nəfərin hamısına bəraət vermişdi.

Jurnalist Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də Moskvada qətlə yetirilmişdi. O, insan hüquqlarının müdafiəsində fəaliyyəti, həmçinin də Çeçenistan müharibəsi və o zamankı prezident Vladimir Putinin əleyhinə fikirləri ilə məşhur idi.
XS
SM
MD
LG