Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:40

Gürcüstanda müxalifət erkən prezident seçkiləri tələb edir


Gürcüstan parlamentinin keçmiş spikeri və müxalifətdə olan Demokratik Hərəkat-Birləşmiş Gürcüstan partiyasının rəhbəri Nino Burcanadze erkən prezident seçkilərinə dair referendum keçirilməsini tələb edir. Bu barədə Burcanadze “Azadlıq” radiosunun rus xidmətinə müsahibəsində bildirib.

Bəzilərinin Saakaşvilinin mümkün varisi kimi nəzərdən keçirdiyi Burcanadze ilk dəfədir ki, açıq şəkildə prezidentin əleyhinə çıxış edir.

Burcanadze deyir ki, prezident öz səhvlərini analiz edə bilmir, ötən ilin avqustunda Rusiya ilə müharibədən nəticə çıxarmır. Onun fikrincə, indi ölkəni qoruyub saxlamaq lazımdır.
XS
SM
MD
LG